Medianews.az
BMT rəsmisi: "Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib"  -
67 baxış

BMT rəsmisi: "Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib"  - ÖZƏL

“Azərbaycana ilk səfərimdir və burada keçirilən belə möhtəşəm tədbirdə ilk dəfə iştirak edirəm.”

Bu sözləri Medianews.az-a Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı BMT-nin Ətraf mühit üzrə proqram rəsmisi Matti Lehtonen deyib. 

O bildirib ki, tədbir peşəkar səviyyədə təşkil olunub və bütün proseslər planlı şəkildə həyata keçirilir: “Forumun keçirildiyi məkan olduqca funksionaldır. Nəqliyyat sistemi də yaxşı təşkil edilib və iştirakçılar üçün rahat şərait yaradılıb. Düşünürəm ki, bu tədbir təcrübə mübadiləsi baxımından geniş imkanlar açacaq və bütün iştirakçılar üçün faydalı olacaq.”

Müşfiqə Bayramova
Medianews.az


Bizə qoşulun