Medianews.az
Benzin atəşkəsə baxmır -
93 baxış

Benzin atəşkəsə baxmır - Yenə bahalaşır

Vaşinqtonla Tehran arasında atəşkəs razılaşması əldə olunandan sonra neft ucuzlaşmağa başlasa da, ABŞ-də benzin nəinki ucuzlaşmır, hətta aprelin 9-u bir qədər də bahalaşıb.

Medianews.az bildirir ki, atəşkəs qərarı elan olunandan bir gün öncə ABŞ-də benzinin 1 qallonunun pərakəndə satış qiyməti 4,14 dollar idi. Aprelin 9-da isə qiymət 4,17 dollar olub.

Analitiklər deyirlər ki, benzinin pərakəndə satış qiymətləri yaxın günlərdə gündəlik 1–2 sent civarında ucuzlaşa bilər. Amma ölkə üzrə orta qiymətin yenidən 1 qallon üçün 4 dollardan aşağı düşməsi üçün bir-iki həftə vaxt lazım olacaq.  Qiymətin müharibədən əvvəlki səviyyəyə enməsi isə daha uzun müddətə – çox güman, bir neçə aya baş verəcək.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayana qədər ABŞ-də benzinin 1 qallonunun qiyməti 2,98 dollar idi.

Medianews.az

Bizə qoşulun