Medianews.az
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda -
134 baxış

Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Sabah"la "Qarabağ" arasında keçirilən cavab matçının hakimliyi böyük müzakirələrə səbəb olub.

Medianews.az QOL.az xəbər verir ki, oyunda ən mübahisəli məqam isə görüşün baş hakimi Rəvan Həmzəzadənin matçın son saniyələrində "Sabah"ın futbolçusunun cərimə meydançası daxilində topa əllə toxunuşundan sonra penalti qərarını verməməsi olub.

Hakimin idarəçiliyinə "Qarabağ"ın sabiq legioneri Yassin Benzia da münasibət bildirib. Hazırda Səudiyyə Ərəbistanın "Əl-Feyha" klubunda çıxış edən əlcəzairli yarımmüdafiəçi rəsmi "İnstagram" hesabında etdiyi paylaşımda hakimliyi biabırçılıq adlandırıb. O, fikirlərinə kloun smayliki də əlavə edib:

"Hakim biabrçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar".

Xatırladaq ki, ilk oyunda 2:2 hesablı heç-heçə edən komandaların cavab matçı "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizə qoşulun