"Qarabağ" futbol klubu müdafiəçi Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Medianews.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin bununla bağlı yaydığı açıqlamada deyilir ki, Azərbaycan millisinin müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın heyətində yer alacaq.
Bədavi Hüseynov 2012-ci ildən "Qarabağ"da oynayır. Komandanın heyətində Premyer Liqada 267 oyunda beş qol vurub. O, 11 dəfə Azərbaycan çempionu, beş dəfə ölkə Kubokunun qalibi olub, millidə 82 matçda bir dəfə fərqlənib.