ABŞ prezidenti Donald Trump sələfi Co Baydeni Ohayo ştatının İst Palestayn şəhərinin sakinlərinə diqqət göstərməməkdə ittiham edib.
Medianews.az xəbər verir ki, Tramp bildirib ki, 2023-cü ildə baş verən qatar qəzasından sonra bölgəyə 10 milyon dollar vəsait ayrılacaq.
Onun sözlərinə görə, Bayden administrasiyası yerli əhaliyə lazımi diqqət göstərməyib.
Xatırladaq ki, 3 fevral 2023-cü ildə İst Palestayn, Ohayo ərazisində yük qatarı relsdən çıxıb, nəticədə zəhərli kimyəvi maddələr ətrafa yayıllıb. Maddələrin bir hissəsi Ohayo çayına axan su hövzəsinə düşüb.
Medianews.az