Yanvarın 1-də saat 18:30-də Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən "Baku City Karting"də ölüm hadisəsi baş verib.
Medianews.az Bakupost.az-a istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub.
Nəticədə o, hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.