Medianews.az
Bakıda kreditlə villa satılır: 5 milyon manata -
71 baxış

Bakıda kreditlə villa satılır: 5 milyon manata - FOTOLAR

Paytaxtda Qala-Şüvəlan yolu istiqamətində fərdi memarlıq layihəsi əsasında inşa olunmuş əsrarəngiz, lüks villa satışa çıxarılıb. Villa 60 sotluq geniş torpaq sahəsində tikilib.

Medianews.az xəbər verir ki, villanın interyeri dünyaca məşhur brend mebellər və avadanlıqlarla təchiz edilib və qismən əşyalı satılır. Nəğd qiymət 5 milyon manatdır.

Bu əsrarəngiz mülkə kredit yolu ilə də sahib olmaq mümkündür. Bunun üçün ilkin olaraq 4 milyon 750 min AZN, 10 il ərzində isə ayda 4504 manat ödəmək lazımdır.

220 m² yaşayış sahəsi olan villada geniş və işıqlı zal, 5 yataq otağı, 2 mətbəxt, 2 qarderob, namaz otağı, 7 sanitar qovşaq və qapalı hovuz var.

Bizə qoşulun