ABŞ-də bağçada zəhərli ilan dörd yaşlı uşağı sancıb.
Medianews.az xəbər verir ki, hadisə Şimali Karolina ştatında, azyaşlı uşaq meydançasında oynayarkən baş verib.
Mərkəzdə çalışan işçi cəld reaksiya verib və ilanı öldürüb.
Uşağın ailəsi iddia edir ki, uşaq bağçası hadisədən sonra təcili yardım çağıra bilməyib. Yerli təcili yardım xidmətləri uşaq baxçasından zəng almadıqlarını təsdiqləyib. Məktəb vəziyyətin tez bir zamanda nəzarətə götürüldüyünü və işçilərin məsuliyyətlə və uşağın təhlükəsizliyini nəzərə alaraq hərəkət etdiyini bildirir. Onlar həmçinin açıq hava meydançalarının təhlükəsiz olmasını təmin etmək üçün əlavə addımlar atacaqlarına söz veriblər.
Uşağı uşaq baxçasından götürən xalası Bruk Kuper xəstəxanaya aparıb.
Oğlanın vəziyyəti dəqiqləşdirilməyib, lakin yaxınları tərəfindən yayılan fotoda qolu kəskin şəkildə şişib. Misbaş ilan dişləmələri zəhərə görə ürəkbulanma, qusma və aşağı təzyiqə səbəb ola bilər.
Medianews.az