Medianews.az
Badamın faydası və
56 baxış

Badamın faydası və zərəri

"Hər gün badam yemək orqanizmə müsbət təsir göstərə bilər".

Medianews.az xəbər verir ki, bunu diyetoloq Natali Ritszo deyib. 

O bildirib ki, təxminən 30 qramlıq bir ovuc badamda 6 qram protein, 4 qram lif, E vitamininin gündəlik normasının yarısı və maqneziumun təxminən 20 faizi var.

Mütəxəssis qeyd edib ki, badam ürək sağlamlığını və yuxunu dəstəkləyir, lakin yüksək kalorili olduğu üçün gündə bir ovucdan çox yemək tövsiyə edilmir. 30 qram badam təxminən 160 kalori ehtiva edir.

Diyetoloq həmçinin duzsuz və şəkərsiz badam seçməyi məsləhət görüb.

Bizə qoşulun