Fevralın 26-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 71,46 dollara satılır.
Medianews.az bildirir ki, bu, büdcədə nəzərdə tutulandan 6,46 dollar yuxarı qiymətdir.
2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72 dollarla start verib.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Kondensatla birlikdə neft hasilatı 2010-cu ildə 50,8 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2008-ci ildə 44,5 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ildə 27,7 milyon ton, 2026-cı ilin yanvar ayında 2,3 milyon ton göstərilib.