Medianews.az
“AzəriLayt” neçəyədir?
137 baxış

“AzəriLayt” neçəyədir?

Aprelin 2-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 130,79 dollara satılır.

Medianews.az bildirir ki, 2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

Neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşır.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Yanvar-fevral aylarında ölkədən 1,7 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az

Bizə qoşulun