Energetika Nazirliyinin 11 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 90,34 dollara satılır.
Medianews.az qeyd edir ki, ötən gün “AzəriLayt”ın barreli 103,03 dollara təklif olunmuşdu.
Neftin qiyməti ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında oynayır.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60 dollarla start verib.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.