Martın 5-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 82,29 dollar qiymət qoyulub.
Medianews.az bildirir ki, 2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60 dollarla start verib.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.