Rəsmi məlumatlara görə, dekabrda “AzəriLayt” markalı Azərbaycan neftinin barreli maksimum 66,54 dollara satılıb.
Medianews.az bildirir ki, bu qiymət ayın 4-də qeydə alınıb.
Ən aşağı qiymət isə dekabrın 17-nə təsadüf edib: 62,45 dollar.
24 dekabr qiyməti 66,14 dollar göstərilir.
Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.