Medianews.az
“AzəriLayt” bu ay nə qədər ucuzlaşıb?
135 baxış

“AzəriLayt” bu ay nə qədər ucuzlaşıb?

Dekabrın 9-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 66 dollara təklif olunur. Bu, ayın start qiymətindən 22 sent aşağı göstəricidir.

2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb.

Medianews.az bildirir ki, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

2026-cı il büdcəsində neftin barreli 65 dollardan götürüləcək.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Medianews.az

Bizə qoşulun