Medianews.az
Azərbaycanın mobil rabitə gəlirləri
106 baxış

Azərbaycanın mobil rabitə gəlirləri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 519,7 milyon manat gəlir əldə edilib.

Medianews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.

Təkcə mayda isə adıçəkilən xidmətlərdən 111 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.

Bizə qoşulun