Medianews.az
Azərbaycanın məşhur neft yatağı həm də qaz yatağına çevrildi
78 baxış

Azərbaycanın məşhur neft yatağı həm də qaz yatağına çevrildi

Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi olub.

Prezident İlham Əliyev tədbirdə çıxış edib, digər çıxışlardan sonra “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirilib. Daha sonra bir sıra sənədlər imzalanıb.

Medianews.az bildirir ki, “Azəri-Çıraq-Günəşli”dən ilk sərbəst təbii qaz hasilatına başlanması 30 ilə yaxın neft hasil edən və dünyanın ən böyük neft yataqlarından olan “Azəri-Çıraq-Günəşli”nin bu gündən həm də qaz yatağına çevrilməsi deməkdir.

“Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin operatoru BP şirkəti, tərəfdaşları “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh”dir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli”nin sərbəst təbii qaz ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

Medianews.az

Bizə qoşulun