Bu gündən - iyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.
"Report" xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə 25 iyuna təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2026-ci ildə Məhərrəm ayı iyulun 14-də başa çatacaq.