Medianews.az
ABBA-nın üzvü vəfat etdi -
166 baxış

ABBA-nın üzvü vəfat etdi - FOTO

İsveçli pop qrupu ABBA-nın uzunmüddətli meneceri və "beşinci üzvü" Görel Hanser 76 yaşında vəfat edib

Məşhur qrup rəsmi İnstaqram hesabında bu itkinin "ölçüyəgəlməz" olduğunu bildirən qısa bir bəyanat yayımlayıb:

"Görel Hanserin vəfatını dərin kədər hissi ilə elan edirik. Ən çox sevilən dostumuzu və ən yaxın həmkarımızı itirdik. Bu itki ölçüyəgəlməzdir. Kədərli anlarımızda gizliliyimizə hörmət etmənizi xahiş edirik."

Bu mesaj ABBA-nın dörd üzvünün hər biri - Aqnetta Feltskoq, Born Ulveus, Benni Andersson və Anni-Frid Linqstad tərəfindən imzalanıb.

Hanser qrupun yaradıcısı Stiq Andersonun nəşriyyat şirkətində katibə kimi fəaliyyətə başlayaraq, musiqi sənayesinə addım atmışdı. Sonradan o, ABBA-nın meneceri vəzifəsinə qədər yüksəlib, qrupun səsyazma studiyaları ilə əlaqələrini idarə edib, turlarda onları müşayiət edib və mətbuatla əsas ünsiyyət xəttini təşkil edib.

Qrupun 2018-ci ildə reallaşan və uzun müddətdir gözlənilən yenidən birləşməsi zamanı, studiyadan ilk pərdəarxası fotoları da məhz Hanser paylaşmışdı.

İllər keçdikcə o, fanatlar arasında ABBA-nın ayrılmaz bir hissəsi kimi qəbul edildi və qrupun rəsmi fan-klubları da onu "beşinci üzv" kimi xatırlayaraq başsağlığı yayımlayıblar.

Xatırladaq ki, ABBA qrupu 1972-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində yaradılıb. Qrup dünya şöhrətini 1974-cü ildə "Avroviziya" mahnı müsabiqəsində ifa etdikləri məşhur "Waterloo" hiti ilə qalib gəldikdən sonra qazanıb. Qrup faktiki olaraq 1982-ci ildə fəaliyyətini dayandırıb./milli.az

Bizə qoşulun