Medianews.az
Beynin qocalmasını ləngidən vitamin tapıldı
126 baxış

Beynin qocalmasını ləngidən vitamin tapıldı

Alimlər beyin üçün ən vacib vitamini açıqlayıblar.

Demokrat.az xəbər verir ki, nevroloq Jacek Staszewski bildirib ki, beyin fəaliyyətinin düzgün işləməsi üçün ən vacib vitaminlərdən biri B12 vitaminidir. Onun sözlərinə görə, bu vitaminin çatışmazlığı idrak funksiyalarına mənfi təsir göstərə bilər.

Mütəxəssis qeyd edib ki, B12 vitamini, digər adı ilə kobalamin, sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. O bildirib ki, bu vitaminin çatışmazlığının beyin hüceyrələrinin qocalmasını sürətləndirdiyini göstərən çoxsaylı elmi sübutlar mövcuddur.

Staszewski B12 vitamininin səviyyəsinin ildə ən azı bir dəfə yoxlanılmasını tövsiyə edib. Onun sözlərinə görə, yaşlı insanlar, veganlar və vegeterianlar bu vitaminin çatışmazlığı riski ilə daha çox üzləşirlər.

Nevroloq D vitamini çatışmazlığının da geniş yayıldığını vurğulayıb. O bildirib ki, bunun səbəbi yalnız günəş işığının azlığı deyil. Avropada aparılan tədqiqatlar D vitamininin dəridə sintezinə mane olan metabolik və genetik amillərin də mövcud olduğunu göstərib.

Mütəxəssislər hesab edirlər ki, vitamin və mikroelementlərin balanslı qəbulu həm beyin, həm də ümumi sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır.

Bizə qoşulun