Medianews.az
Azərbaycanda magistral kanalın yenilənməsi üçün
57 baxış

Azərbaycanda magistral kanalın yenilənməsi üçün 13.5 milyon manat xərclənəcək

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Qaracuq magistral kanalının yenidən qurulması üçün tender elan edib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, qurum görüləcək işlər müqabilində ümumilikdə 13 milyon 467 min 465 manat ödəməyi planlaşdırır.

Tenderdə iştirak haqqı 2 020 manat müəyyən edilib. Tender 16 iyun saat 17:00-da keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yerləşən Qaraçuq magistral beton kanalı Tumbul, Böyükdüz, Xok və Əliabad kəndlərinin minlərlə hektar torpaq sahəsini suvarma suyu ilə təmin edir. 2024-cü ilin fevral ayından etibarən kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Bizə qoşulun