Medianews.az
Azərbaycanda dəhşət:
156 baxış

Azərbaycanda dəhşət: 64 yaşlı qadını qonşusu...

Biləsuvarda 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlanıb.

Medianews.az xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini 1962-ci il təvəllüdlü Məhbubə Mətləb qızı Mikayılova qonşusu 2003-cü il təvəllüdlü Xəyal Qubadlı tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən X.Qubadlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(nocomment.az)

Bizə qoşulun