Medianews.az
Azərbaycanda ailələr dövlətə enerji sata bilər – Təcrübə var -
159 baxış

Azərbaycanda ailələr dövlətə enerji sata bilər – Təcrübə var - AÇIQLAMA

“2026-cı ilin birinci rübündə külək enerjisi istehsalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə rekord səviyyədə - 26 dəfə artaraq 247,7 milyon kVt/saat təşkil edib”. İqtisadçı deputat Vüqar Bayramov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, ötən ilin ilk üç ayında külək enerjisi istehsalı 9.5 milyon kVt/saat olmuşdu: “Bu ilin birinci rübündə Azərbaycanda “yaşıl enerji” istehsalı isə 8 faiz artaraq 925 milyon kVt/saat təşkil edib. Bu dövrdə İES-lərdə 6 066 milyon kVt/saat, SES-lərdə 510,5 milyon kVt/saat, digər mənbələr üzrə isə 414,5 milyon kVt/saatt elektrik enerjisi istehsal edilib.

İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən küləkdən və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar təcrübənin Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xərclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir. Yeni "yaşıl çağırışlar" yeni yanaşmaları aktuallaşdırır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun