Medianews.az
Azərbaycan vətəndaşı Almaniyada 38 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinir
2,676 baxış

Azərbaycan vətəndaşı Almaniyada 38 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinir

Azərbaycan Respublikasının vətəndaşı Almaniyada 38 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinir.

Medianews.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşri yazıb.

Məlumata görə, sentyabrın 10-u axşam Şimali Reyn-Vestfaliya vilayətində avtomobil yolunun kənarında, avtobus dayanacağı yaxınlığında çoxlu bıçaq zərbəsi almış 38 yaşlı qadın aşkarlanıb.

Ağır vəziyyətdə olan qadın təcili xəstəxanaya çatdırılıb. Onun hazırda müalicə olunduğu bildirilir.

Polis cinayətdə Almaniyada qaçqın kimi yaşayan Azərbaycan vətəndaşının şübhəli bilindiyini açıqlayıb. Sentyabrın 10-u axşam azərbaycanlı qaçqının qaldığı sığınacaqda axtarış aparılıb.

Hazırda şübhəli qaçqının özü axtarılır. Onun hadisəni törədəndən sonra qaçıb gizləndiyi güman olunur.

Bıçaqlanan qadının kimliyi barədə məlumat verilməyib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun