Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.
Məlumat Medianews.az-a Nazirlər Kabinetindən verilib.
Məlumatda bildirilir ki, Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması, o cümlədən tranzit məqsədilə giriş-çıxış martın 9-u saat 10:00-dan etibarən bərpa olunub.