Medianews.az
Azərbaycan nümayəndələri İrəvanda -
871 baxış

Azərbaycan nümayəndələri İrəvanda - FOTOLAR

Bu həftə Bakıdan İrəvana birbaşa xüsusi təyyarə reysi ilə səfər edib Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin üzvü, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımına o, İrəvanda çəkdirdikləri fotoşəkilləri, təyyarə biletinin surətini də əlavə edib.

Medianews.az həmin şəkilləri təqdim edir.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva da olub. İrəvanda təşkil olunan ikitərəfli dəyirmi masada Ermənistanı Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Görüşdə məqsəd avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamənin ruhuna uyğun şəkildə sülh gündəliyini təşviq etmək olub.

Medianews.az

Bizə qoşulun