Medianews.az
Azərbaycan nefti:
136 baxış

Azərbaycan nefti: qiymət nədir, hasilat nə qədərdir?

Mayın 21-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 112,32 dollara satılır.

Medianews.az bildirir ki, 2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Rəsmi hesabatlara görə, 2026-cı ilin ilk dörd ayında ölkədə kondensatla birlikdə 8,8 milyon ton neft çıxarılıb, xaricə 4,3 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton göstərilib.

2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton neft çıxarıldığı bəyan olunub.

2016-cı il 41 milyon ton, 2017-ci il 38,7 milyon ton, 2018-ci il 38,8 milyon ton, 2019-cu il 37,4 milyon ton, 2020-ci il 34,5 milyon ton hasilatla bitib.

2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,1 milyon ton, 2024-cü ildə 29 milyon ton, 2025-ci ildə 27,7 milyon ton neft hasil olunub.

Medianews.az 

Bizə qoşulun