Medianews.az
Azərbaycan nefti büdcə qiymətini nə qədər ötür?
111 baxış

Azərbaycan nefti büdcə qiymətini nə qədər ötür?

Mayın 19-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 118,16 dollara satılır.

Medianews.az bildirir ki, bu, büdcə qiymətindən 53,16 dollar yuxarı göstəricidir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26 dollarla başlayıb.

Neft fevralın 28-dən ABŞ və İsraillə İran arasında artan gərginlik dalğasında bahalaşıb.

2026-cı ilin ilk dörd ayında Azərbaycandan 4,3 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az

Bizə qoşulun