Martın 13-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 105,58 dollara satılır.
Medianews.az bildirir ki, bu, büdcədə nəzərdə tutulandan 40,50 dollar yuxarı qiymətdir.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb.
“AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60 dollarla start verib.
Neftin qiyməti ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında sürətlə artıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Kondensatla birlikdə neft hasilatı 2010-cu ildə 50,8 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2008-ci ildə 44,5 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ildə 27,7 milyon ton, 2026-cı ilin yanvar ayında 2,3 milyon ton göstərilib.
XXI əsrdə “AzəriLayt” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.