Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb.
Medianews.az bildirir ki, “AzəriLayt” markalı neft yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.
2026-cı ilin dövlət büdcəsində neftin barrelini 65 dollardan götürmək nəzərdə tutulur.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ilin yanvar-oktyabr aylarında 23 milyon ton göstərilib.
Toğrul Əli,
Medianews.az