Medianews.az
Azərbaycan nefti 90 dollara üz tutub
97 baxış

Azərbaycan nefti 90 dollara üz tutub

Martın 4-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 86,16 dollara satılır.

Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulandan 21,16 dollar yuxarı qiymətdir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60 dollarla start verib.

Neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən bəri keçirdiyi hərbi əməliyyatların daşımalarda yaratdığı əngəllər üzündən kəskin bahalaşır.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Medianews.az

Bizə qoşulun