Noyabrın 26-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 64,8 dollara satılır. Bu, büdcə qiymətindən 5,2 dollar aşağı göstəricidir.
Medianews.az bildirir ki, 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87 dollarla başlayıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib, yanvar-oktyabr aylarında ölkədə 23 milyon ton neft çıxarılıb, xaricə 10,8 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.