Medianews.az
Azərbaycan nefti: 40 sent baha, 3,38 dollar ucuz
273 baxış

Azərbaycan nefti: 40 sent baha, 3,38 dollar ucuz

Dekabrın 25-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 66,62 dollara satılır. Bu, ayın start qiymətindən 40 sent yuxarı, büdcədə nəzərdə tutulandan 3,38 dollar aşağı göstəricidir.

Medianews.az bildirir ki, Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin hasilat normasını 551 min barrel müəyyən edib. Yanvar-noyabr aylarında ölkədə 25,3 milyon ton neft çıxarılıb, xaricə 11,5 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az

Bizə qoşulun