Futbol üzrə Azərbaycan kubokunun 2025-2026 mövsümü dörddə bir final mərhələsindədir. Cütlüklər belə müəyyənləşib:
“Qarabağ” (Ağdam) – “Şamaxı”
“Qəbələ” – “Sabah” (Bakı)
“Kəpəz” (Gəncə) – “Turan Tovuz”
“Zirə” (Bakı) – “Sumqayıt”.
Medianews.az bildirir ki, 1992-ci ildən başlayaraq “Qarabağ” 8, “Neftçi” (Bakı) 6, “Kəpəz” 4 kubok əldə edib.
“Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” 2 kubok qazanıb.
“İnşaatçı” (Bakı), “Şəfa” (Bakı) və “Sabah” 1 dəfə kuboku başı üzərinə qaldırıb.