Cənubi Koreyada 74 yaşlı qadının idarə etdiyi avtomobil hovuza düşüb.
Medianews.az xəbər verir ki, hadisə zamanı sürücü əvvəlcə dayanacaqda başqa maşına dəyib, daha sonra idarəetməni itirərək şüşəli divarı qırıb və avtomobillə birlikdə hovuza düşüb.
Təxminən 5 metr hündürlükdən suya aşan avtomobildəki qadın hovuzdakı şəxslərin köməyi ilə xilas edilib. Təlimatçılardan biri ona ilkin tibbi yardım və ürək masajı göstərib.
Sinəsində güclü ağrılar olan qadın xəstəxanaya çatdırılıb. Hadisə zamanı hovuzdakı bir qadın da şüşə qırıqları səbəbindən yüngül xəsarət alıb.
Medianews.az