Avropa Donald Trampı və administrasiyasını məmnun üçün Qrenlandiyanı ABŞ-yə təhvil verə bilər.
Medianews.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan yüksək vəzifəli Avropa rəsmisi bildirib ki, çoxları İkinci Dünya Müharibəsindən sonrakı dünya nizamının bitdiyini və Trampın torpaq ələ keçirməsinin qlobal siyasəti dəyişdirəcəyini qəbul edib. Avropa liderləri Ağ Evi razı salmaq üçün daha bir cəhddə Qrenlandiyadan imtina etməyə razı ola bilərlər.
Agentlik həmçinin bildirib ki, Brüsseldə keçirilən Avropa maliyyə nazirlərinin görüşündə rəsmilər Vaşinqtonun dostluğu tez düşmənçiliyə çevrilməsindən şoka düşüblər. Onlardan bəziləri ABŞ-dan gələn daim dəyişən təhdid və tələblər axınına necə cavab verəcəklərindən əmin deyillər və bunlarda heç bir məntiqi əsas görmürlər.
Medianews.az