Medianews.az
Avropa Putinə müraciət edə bilər –
63 baxış

Avropa Putinə müraciət edə bilər – Stubb danışdı

Finlandiya prezidenti Alexander Stubb bildirib ki, Avropanın Rusiya ilə mümkün danışıqları ABŞ-nin Ukrayna ilə bağlı siyasətindən asılıdır.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, əgər ABŞ-nin mövqeyi Avropanın maraqlarına tam uyğun gəlməzsə, Avropa liderləri Vladimir Putin ilə koordinasiyalı şəkildə dialoqa başlamaq məcburiyyətində qala bilər.

Stubb qeyd edib ki, bu məsələ son iki ildə müzakirə olunur və perspektivlər hələ də gündəmdədir.

Medianews.az

Bizə qoşulun