Medianews.az
Avropa İttifaqı Rusiya ilə bağlı qərarı təxirə saldı
286 baxış

Avropa İttifaqı Rusiya ilə bağlı qərarı təxirə saldı

Avropa İttifaqı Rusiyanın dondurulmuş dövlət aktivlərinin Ukraynanın xeyrinə istifadə olunması barədə qərarı növbəti sammitədək təxirə salıb.

Medianews.az bildirir ki, payız sammitində Avropa İttifaqının liderləri eləcə Avropa Komissiyasına bu mövzuda təkliflər hazırlamaq tapşırığı veriblər.

Aktivlər Rusiya müharibə nəticəsində Ukraynaya vurduğu zərəri ödəyənədək dondurulmuş qalacaq.

Komissiyanın təkliflərini 18 dekabradək təqdim etməsi gözlənilir.

Belçika hüquqi risklərə görə narahatlığını bildirib və ehtiyatlı yanaşma tələb edib. Almaniya kansleri Fridrix Merts məsələni “çox ciddi və misilsiz proses” adlandırıb. Alman biznes dairələri isə rus aktivlərinin istifadəsi planına qarşı çıxaraq, 100 milyard avro dəyərində riskin olduğunu qeyd ediblər.

Macarıstan Avropa İttifaqı ölkələri arasında sənədin Ukrayna ilə bağlı hissəsini dəstəkləməyən yeganə dövlət olub.

Medianews.az

Bizə qoşulun