Medianews.az
Arıqlama istəyi qida borusunun
55 baxış

Arıqlama istəyi qida borusunun yırtılması ilə bitdi

Rusiyada 19 yaşlı qızın arıqlamaq istəyi faciə ilə, qida borusunun yırtılması ilə bitib. 

Medianews.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Moskva sakini hər yeməkdən sonra qusmağa başlayıb. O, boğazında və sinəsində şiddətli ağrı hiss edib, ardınca qanlı öskürək başlayıb. Zərərçəkən tez bir zamanda xəstəxanaya aparılıb.

O, həkimlərə arıq bədən quruluşuna sahib olmağı arzuladığını və öz üzərində arıqlamaq üçün bir neçə metod sınadığını etiraf edib. Həkimlər qızın tez-tez qusma səbəbindən qida borusu yırtığından, eləcə də qanaxma ilə müşayiət olunan Mallory-Weiss sindromundan (qida borusu astarında cırıq) şübhələniblər.

O, qastroenteroloqa və psixiatra göndərilib.

Medianews.az

Bizə qoşulun