“Real Madrid”in gənc türk futbolçusu Arda Gülər Paris Saint-Germain-in (PSG) transfer siyahısına daxil edilib.
Medianews.az xəbər verir ki, iddialara görə, Fransa klubu gənc oyunçunu heyətinə qatmaq üçün danışıqlara başlayıb.
El Nacional-ın məlumatına görə, PSG nümayəndələrlə əlaqə saxlayaraq Arda Gülərin transferini prioritet hədəf kimi müəyyən edib. Klubun meneceri Luis Enrike, gənc oyunçunu transfer etmək üçün təxminən 100 milyon avro təklif edib.
UEFA Çempionlar Liqasının hazırkı çempionu PSG Arda Güləri oyun qurucusu mövqeyində istifadə etmək istəyir və transfer prosesini sürətləndirmək üçün əlaqələrini davam etdirir. Gənc futbolçu üçün həmçinin digər klubların da maraq göstərdiyi bildirilir.
Medianews.az