"Qalatasaray" yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, əsas hədəflərdən biri PSJ-nin futbolçusu Fabian Ruisdir.
Bu barədə "A Spor" məlumat yayıb.
Lakin ispaniyalı futbolçunu PSJ-dən qoparmaq asan olmayacaq. Onun Paris təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
O, cari mövsüm 20 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, F. Ruis 2024-cü ildə Avropa çempionu İspaniya yığmasının əsas üzvlərindən biri idi.
"Transfermarkt" portalına görə onun bazar dəyəri 40 milyon avrodur.