Medianews.az
Ancelina Coli və Bred Pittin oğlu atasının
95 baxış

Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib

Ancelina Coli və Bred Pittin oğlu Meddoks da bacısından sonra atasının soyadından imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

24 yaşlı Meddoks artıq titrlərdə yalnız anasının soyadı - Coli ilə təqdim olunur. Bu fakt aktyorların oğlunun rejissor köməkçisi kimi qeyd edildiyi "Kutyur" filminin premyerasında məlum olub.

Xatırladaq ki, 2024-cü ilin avqustunda Bred Pittin qızı Şaylo da atasının soyadından imtina edib. Soyad dəyişikliyi ilə bağlı müraciət rəsmi dinləmə keçirilmədən təsdiqlənmişdi.

Bizə qoşulun