Moskva sakini fırıldaqçıların toruna düşərək ağlasığmaz cinayətin iştirakçısına çevrilib. Dələduzların təzyiqi ilə Rusiyanın bir ucundan digər ucuna - Primoryeyə göndərilən qadın barəsində cinayət işi açılıb.
Medianews.az Publika.az-a xəbər verir ki, hadisə Naxodka şəhərində baş verib.
Məlumata görə, fırıldaqçılar əvvəlcə yerli sakinin 16 yaşlı qızını qorxudaraq onun "Qosusluqi" (Dövlət xidmətləri) hesabının guya sındırıldığını deyiblər. Özlərini kuryer kimi təqdim edən şəxslər yeniyetməyə evdə axtarış aparılacağını bildiriblər.
Bu zaman "mütəxəssis" rolunda Moskvadan gələn qadın çıxış edib. O, yeniyetmənin açarı qoyduğu yeri tapıb, onu götürərək mənzilə girib və seyfi açmağa çalışıb. Lakin niyyətini sona çatdıra bilmədən hadisə yerindən qaçıb.
Saxlanılan qadın ifadəsində fırıldaqçıların ciddi təzyiqi altında hərəkət etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.