Medianews.az
AFFA iki komandaya texniki
51 baxış

AFFA iki komandaya texniki məğlubiyyət verib

AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Medianews.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK - "Xan Çinar" qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" - MOİK PFK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Bizə qoşulun