Medianews.az
Afaq Bəşirqızının oğlu yeni vəzifəyə
119 baxış

Afaq Bəşirqızının oğlu yeni vəzifəyə təyin edildi

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov yeni vəzifəyə təyin olunub.

Medianews.az xəbər verir ki, S.Təhməzova “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin Səlahiyyətli Nümayəndəsi vəzifəsi verilib.

Qeyd edək ki, Səmral Təhməzov 2001–2010-cu illərdə gömrük orqanlarında xidmət edib. 2010–2020-ci illərdə Bakı Beynəlxalq Kompleksində müxtəlif vəzifələrdə çalışıb. 2020–2024-cü illərdə isə Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi vəzifəsini icra edib. O, gömrük xidməti polkovniki rütbəsinə malikdir.(editoraz)

Bizə qoşulun