Medianews.az
ABŞ şirkəti neftin 175 dollara qalxmasına
83 baxış

ABŞ şirkəti neftin 175 dollara qalxmasına hazırlaşır

“United Airlines” şirkətinin baş direktoru Skott Kirbi işçilərinə ünvanladığı bir qeyddə neft qiymətlərinin 2027-ci ilin sonuna qədər 100 dollardan yuxarı qalacağını gözlədiyini bildirib.

Bu barədə “Röyters” yazıb.

Kirbinin sözlərinə görə, aviaşirkət neft qiymətlərinin kəskin şəkildə 175 dollara yüksəlməsinə hazırlaşır.

Təyyarə yanacağının qiymətləri fevral ayının sonundan bəri təxminən ikiqat artıb və yüksək qiymətlər davam edərsə, “United” illik yanacaq xərclərinin 11 milyard dollar artacağını gözləyir.

Kirbi aviaşirkətin daha az gəlirli uçuşları azaltmağı və Təl-Əviv və Dubaya uçuşları dayandırmağı planlaşdırdığını açıqlayıb./axar.az

Bizə qoşulun