Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ABŞ administrasiyasını Avropadan qoşunların çıxarılması prosesinə görə tənqid edib.
Medianews.az xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı planlarını NATO müttəfiqləri ilə daha sıx koordinasiya etməlidir.
Onun sözlərinə görə, bu addımlar alyansın müdafiə potensialının zəifləməsinə səbəb olmamalıdır.
Tsahkna qeyd edib ki, müttəfiqlər Vaşinqtonun gələcək planları barədə daha aydın məlumat almaq istəyirlər.
Medianews.az