ABŞ prezidenti Donald Trampın administrasiyası Moskvadan Ukrayna üzrə danışıqlar prosesini sürətləndirməyi xahiş edəcək.
Medianews.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
FT Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Serhi Kislytsyanın sözlərinə istinadən yazır: "Tramp administrasiyası Moskvadan danışıqları sürətləndirməyi xahiş etməli idi".
Qeyd olunur ki, bu, Ukrayna və ABŞ prezidentlərinin noyabrın 23-də Cenevrədə keçirilən görüşdə hazırlanmış sülh planının yeni işçi layihəsini nəzərdən keçirdikdən sonra baş verəcək.
Financial Times aydınlaşdırıb ki, plan indi ilkin 28 deyil, 19 bənddən ibarətdir. Çıxarılan konkret müddəalar açıqlanmır.
Medianews.az