Qazaxıstan hökuməti Aktau aeroportu yaxınlığında "Azerbaijan Airlines"a (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma haqqında məlumatı 2025-ci ilin sonuna qədər təqdim edəcək.
Oxu24.com-un məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə bildirib.
"Bu araşdırma hazırda davam edir. Üç aydan sonra ilkin nəticələr müvafiq komissiyaya tam şəkildə təqdim edilib. Hazırda daha dərin araşdırma aparılır", - Kaliakparov bildirib.
Onun sözlərinə görə, hazırda mürəkkəb məhkəmə-tibbi araşdırmalar aparılır.