Medianews.az
Qarşı yataqxanadan qızların otaqlarına lazer tutulur –
124 baxış

Qarşı yataqxanadan qızların otaqlarına lazer tutulur – VİDEO

Türkiyədə yataqxanada qalan bir tələbə sosial şəbəkədə paylaşım edərək qarşı binadakı oğlan tələbələrin davranışlarından şikayətlənib.

Medianews.az xəbər verir ki, hadisə İstanbulda yerləşən Halil İnalcık KYK Qız Yataqxanasında baş verib.

Qızın sözlərinə görə, oğlan yataqxanası birbaşa qızların binasının qarşısında yerləşdiyindən son günlər narahatlıq daha da artıb.

Tələbə bildirib ki, qarşı tərəfdəki oğlanlar qızların otaqlarına lazer işığı tutaraq “əyləndiklərini” zənn edirlər. Bu hal isə qızların özlərini narahat və güvənsiz hiss etməsinə səbəb olur.

Hadisə sosial mediada geniş müzakirələrə yol açıb. Bir çox istifadəçi yataqxanaların yerləşdirilmə planını tənqid edərək, təhlükəsizlik və məxfilik məsələlərinə daha ciddi yanaşılmasının vacibliyini vurğulayıb.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.haberler.com/izle/acc3ea8b17/

Medianews.az

Bizə qoşulun